Menu
  • Az-En

JCDecaux Azərbaycan

 

JCDecaux Azərbaycan 2012-ci ildə JCDecaux tərəfindən təsis olunmuş və çöl reklamı sahəsi üzrə dünyada aparıcı şirkətlərdən biridir.

Bugün JCDecaux Azərbaycan şirkəti Bakıda dünyaca məşhur memar Jan-Mişel Uilmot tərəfindən dizayn edilmiş və şəhər mərkəzinin ən çox ziyarət edilən yerlərində, nəqliyyatın sıx olduğu yollar boyunca və lyuks mağazaların olduğu küçələrdə quraşdırılan 46 ədəd tumba tipli reklam qurğularının eksklüziv operatorudur.

 

2019-ci ildən başlayaraq, JCDecaux Azərbaycan JCDecaux Global şirkətinin birgə müəssisəsidir və güclü tərəfdaşıdır. Hal-hazırda böyük reklam portfelinə malikdir.

 

2020-ci ilin dekabrından etibarən, JCDecaux Azərbaycan Bakı Nəqliyyat Agentliyi ilə eksklüziv əməkdaşlıq müqaviləsi imzalayıb. Və yeni reklam daşıyıcılarını portfelinə əlavə etməklə, öz mövqeyini daha da gücləndirib.

 

  • 1200-dən çox avtobus dayanacağı
  • Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi (Koroğlu NMM) – müxtəlif formatlarda reklam qurğuları

JCDecaux haqqında

1964-cü ildə Jan-Kloud Deko çöl reklamı avadanlıqları ixtira etdi. İndi qlobal sənaye lideri  JCDecaux, o vaxtdan etibarən, yalnız çöl reklamlarına üstünlük verərək, biznesin 3 sahəsini inkişaf etdirən yeganə beynalxalq şirkətdir: 
Çöl avadanlıqları, nəqliyyat reklamları və bilbord reklamları

80+ölkə
3,670şəhər
850 milyonauditoriya

JCDecaux 80-dən çox ölkədə müvafiq auditoriyaya xidmət göstərən dünyanın ən böyük çöl reklam şirkətidir.