Menu
  • Az-En

 

BNA ilə əməkdaşlıq nəticəsində, 415 ədəd BMC markalı avtobusların reklam xidmətləri JCDecaux Azərbaycanın xidmətinə verilmişdir. Avtobusların daxilində və xaricində reklam yerləşdirmək üçün lövhələr mövcuddur.
Əlavə olaraq, Azərbaycanda bir yeniliyə imza atılmışdır. Avtobusların daxilində yerləşən monitorlarda reklam çarxlarının yayım hüququna ilk dəfə JCDecaux Azərbaycan şirkəti sahib olmuşdur.

Avtobusların daxilində yerləşən monitorlarda gündəlik, həftəlik, aylıq olaraq reklam videoçarxları yayımlana bilər. 9, 12 və 18 metrlik BMC markalı avtobusların hər birində, müvafiq olaraq 1, 2 və 4 ədəd monitor mövcuddur.
Şirkətimizin həyata keçirdiyi "1 Gün, 1 Avtobus, 1 AZN" kampaniyası mövcuddur. Belə ki, bu kampaniya daxilində gündəlik 300 avtobusda reklam videoçarxları yayımlanmaqdadır.

Şirkətimizin ilk müştərisi "Baku Electronics" MMC olmuş və bu günə qədər reklam videoçarxları monitorlarda yayımlanmaqdadır.

Bu nəqliyyat xidmətlərində ilk rəqəmsal reklam olaraq tarixə keçmişdir!

Published in Yeni kampaniyalar